Kriştianu Ronaldunun təyyarəsi İspaniyada saxlanılıb - FOTO

İspaniyanın hüquq-mühafizə orqanları Menorka adasında İngiltərənin “Mançester Yunayted” futbol klubunun və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldunun şəxsi təyyarəsini saxlayıblar.
Səbəb kimi futbolçunun cangüdəninin qalmaqal yaratması göstərilib.
Belə ki, metal detektordan keçərkən çox uzun müddət yoxlanılma mühafizəçinin xoşuna gəlməyib və o, söyüş söyməyə, əl-qol hərəkətləri etməyə başlayıb. Nəticədə hava limanının mühafizəsi polis çağırıb. Bu isə təyyarənin yarım saat gecikmə ilə havaya qalxmasına səbəb olub.
Qeyd edək ki, bu, Ronaldunun Balear adalarında tətili zamanı başına gələn ilk hadisə deyil.
İyunun 20-də futbolçunun idman avtomobili Mayorkada tövləni dağıdıb. Hadisə Bunyol şəhərinin Sa Koma dairəsində baş verib. Dəyəri təxminən iki milyon avro olan avtomobil idarəetmədən çıxaraq məişət alətləri və qaz balonlarının saxlandığı binanın divarına çırpılıb.
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir












