“Kubinka”da evlər söküləcək: Sakinlərə 500 manat veriləcək

Bakıda daha bir ərazidə fərdi evlərin söküntüsünə başlanılacaq.
Avtosfer.az xəbər verir ki, söhbət paytaxtın Nəsimi rayonunda yerləşən “Kubinka” adlanan ərazidən gedir.
Belə ki, Cəlil Məmmədquluzadə küçəsində, daha dəqiq desək, keçmiş 2 nömrəli çörək zavodunun ərazisindəki evlər plana düşəcək. Söküləcək fərdi evlərin yerində çoxmərtəbəli binaların tikilməsi nəzərdə tutulub.
Artıq tikinti işlərini aparan şirkət rəsmiləri sakinlərlə danışıqlara başlayıb. Uzun illər ikimərtəbəli binalarda yaşayan vətəndaşlara yeni tikiləcək binalardan mənzillər təklif olunur. Yeni inşa olunacaq binalardan mənzil almaq istəyən vətəndaşlar əvvəlki evlərindən 20 kvadratmetr əlavə mənzilə sahib olacaqlar.
İnşaat işləri getdiyi müddətdə isə sakinlər kirayə pulları ilə təmin ediləcəklər. Evlərinin kvadratından asılı olaraq sakinlər 400-500 manat arasında kirayə pulu alacaqlar.
Qeyd edək ki, tikinti işlərinə ikimərtəbəli binalarda yaşayan sakinlərin hər biri ilə razılaşma əldə olunduqdan sonra başlanılacaq. “Kubinka”da bəzi vətəndaşların həddən artıq kompensasiya tələbi tikinti işlərinin yarıda qalması ilə nəticələnib. Buna görə, pilot layihənin icra edilməsi üçün 100 faiz sakinlərlə razılıq əldə olunması gərəkdir.
Baku.ws
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












