Laçındakı bulağı bu vəziyyətə saldılar... - FOTO

Laçın rayonunun Minkənd kəndində yerləşən Fatik bulağının ətrafı tullantılarla dolub. Belə ki, su doldurmaq üçün istifadə olunan plastik qablar bulağın içinə və ətrafına atılıb.
Avtosfer.az xəbər verir ki, ərazidən fotoları jurnalist Subut Mehdiyev sosial şəbəkə hesabında paylaşıb.
Məsələ ilə bağlı Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinə sorğu ünvanladıq. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin böyük məsləhətçisi Yeganə Quliyeva bildirdi ki, müraciətimizdən sonra ərazi təmizlənib: “Bildirmək istərdim ki, həmin ərazinin təmizlənməsi ilə bağlı göstəriş artıq verilmişdi və işlər vaxtında tamamlanmışdı. Sizin göndərdiyiniz foto ərazinin əvvəlki vəziyyətini göstərir. Qeyri-iş günü olmasına baxmayaraq, əməkdaşlarımız məsuliyyətlə hərəkət edərək təmizlik işini həyata keçirən şirkətin fəaliyyətinə nəzarət ediblər. Ərazi hazırda tamamilə təmizdir”.
Fatik bulağının əvvəl və sonrakı vəziyyətini əks etdirən fotoları təqdim edirik:







Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












