Latviyada müsadirə olunan Rusiya maşınları Ukraynaya veriləcək - QANUN

Latviya parlamenti (Seym) Rusiya qeydiyyatında olan avtomobillərin müsadirəsinə və sonradan Ukraynaya verilməsinə icazə verən qanun layihəsini birinci oxunuşda qəbul edib.
Avtosfer.az xəbər verir ki, bu barədə Seymin saytında məlumat verilib.
Rusiya qeydiyyatında olan avtomobil qanunun qüvvəyə mindiyi gündən 3 ay ərzində Latviyada qeydiyyata alınmalı və ya ölkədən çıxarılmalıdır. Rusiya Federasiyasında qeydiyyatda olan avtomobillərdən istifadəyə görə cərimələr olacaq.
Sənədin izahatında deyilir ki, əgər bu müddətdən sonra Latviyada qeydiyyatda olmayan Rusiya avtomobilinin yol hərəkətində iştirakı aşkarlanarsa, ona həbs qoyulacaq və müsadirə olunacaq. Müsadirə edilən avadanlığın Ukraynaya təhvil verilməsi planlaşdırılır. Rusiyada qeydiyyatda olan avtomobili Latviyada yalnız 24 saat sürmək olar. Qadağa diplomatik səfərlərə şamil edilmir. Seym bu qanunu ikinci, yekun oxunuşda qəbul etsə, noyabrın 15-də qüvvəyə minəcək.
2 həftə əvvəl, sentyabrın 12-də Latviya hökuməti Latviya-Rusiya sərhədində 2 nəzarət-buraxılış məntəqəsini - "Vyentuli" və "Pededze" keçid məntəqələrini bağlamaq qərarına gəlib.
Sentyabrın 8-də Avropa Komissiyası Rusiya dövlət nömrə nişanlı avtomobillərin Aİ ərazisinə girişinə qadağa da daxil olmaqla sanksiyalarla bağlı açıqlamalar dərc edib. Litva, Latviya, Polşa, Finlandiya və Estoniya Avropa Komissiyasının tələblərinə uyğun olaraq qanunlarını uyğunlaşdırıb və Rusiya qeydiyyatı olan avtomobillərin ölkəyə girişini qadağan edib.
Modern.az
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı












