Latviyada Rusiya dövlət nömrə nişanlı avtomobillərə qoyulan qadağa qüvvəyə mindi

Fevralın 15-dən etibarən Latviya hakimiyyəti yenidən qeydiyyata alınmayan Rusiya nömrəli avtomobilləri müsadirə etməyə başlayacaq.
Avtosfer.az xəbər verir ki, yeni qaydalara uyğun olaraq, belə avtomobillər Ukraynaya veriləcək.
Rusiyada qeydiyyatda olan avtomobillərin Latviyada olmasına qadağa noyabrın 2-də qəbul edilib .
Qanunda nəzərdə tutulub ki, 2024-cü il fevralın 14-dək Rusiya Federasiyasında qeydiyyatda olan avtomobillərin sahibləri onları Latviyada yenidən qeydiyyatdan keçirməli və ya ölkədən kənara aparmalıdır. Bu tarixdən sonra Rusiya dövlət nömrə nişanlı avtomobillərin Latviyada yol hərəkətində iştirakı yalnız tranzit zamanı mümkün olacaq. Həmçinin Latviya ərazisindən yalnız bir dəfə tranzit keçmək mümkün olacaq.
Bu zaman avtomobil sahibi məlumat xidməti vasitəsilə avtomobili və səfər müddəti haqqında məlumatı Yol Hərəkəti Təhlükəsizliyi İdarəsinə təqdim etməli olacaq. Rusiya qeydiyyatında olan avtomobilin sahibi 2024-cü il fevralın 14-dən sonra Latviyada ondan istifadə etməyə davam edərsə, avtomobil müsadirə olunacaq.
Məhəbbət Tərlanoğlu
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












