Lənkəranda narkotik satan 8 nəfər saxlanılıb - FOTO

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 8 nəfər saxlanılıb. Həmin tədbirlər nəticəsində ümumilikdə 4 kiloqramdan artıq güclü təsiredən xassəyə malik narkotik vasitə aşkarlanaraq götürülüb.
DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən xəbərə görə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında rayon ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Elçin Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan hazır bükümlərdə qablaşdırılmış heroin aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq E. Məmmədovun yaşadığı ünvana keçirilən baxış zamanı həmin evin zirzəmisindən 2 ədəd bağlamada ümumi çəkisi 4 kiloqram 215 qram heroin aşkarlanaraq götürülüb.
Bundan əlavə, şöbə əməkdaşlarının əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri digər əməliyyat-axtarış tədbirləri ilə daha 7 nəfər saxlanılıb. Onların hər birindən hazır bükümlərdə qablaşdırılmış narkotik vasitə aşkarlanaraq götürülüb. Faktlarla bağlı Lənkəran ŞRPŞ-də cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir. Həmin şəxslərdən 4-ü barəsində məhkəmə tərəfindən həbs, 4-ü barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO













