Leysan yağışlarına görə yollar bağlanıb, aviareyslər təxirə salınıb - FOTO + VİDEO

BƏƏ-də güclü leysan yağışı və onu müşayiət edən tufan və güclü külək nəticəsində Dubay Beynəlxalq Hava Limanında bir neçə aviareysdə gecikmə olub və bir neçəsi ümumiyyətlə ləğv edilib. “Report” TASS-a istinadən xəbər verir ki, quraqlıq bölgə üçün nadir olan yağış çərşənbə axşamına keçən gecədən başlayıb və BƏƏ-nin Milli Meteorologiya Mərkəzinin məlumatına görə, çərşənbə gününə qədər davam edəcək.
Dubayda gecə ərzində 30 mm-dən çox yağış yağıb. Günün sonuna qədər bu göstəricinin 150 mm-i keçəcəyi gözlənilir. Şəhərdə narıncı təhlükə səviyyəsi elan edilib, səlahiyyətlilər sakinləri zəruri olmadıqca evlərini tərk etməməyə çağırıb. Dövlət qurumları, eləcə də bir çox özəl sektor müəssisələri məsafədən işləməyə keçiblər. Pis hava şəraiti davam etdikcə məktəblərdə və universitetlərdə dərslər də distant üslübda keçiriləcək.
Leysan səbəbindən magistral yolları və alçaqda yerləşən küçələri su basıb. Sular altında qalan Əbu Dabi, Dubay, Şarja və Ras əl-Xayme şəhərlərində fövqəladə hallar xidmətləri bir neçə yolu tam bağlayıb. Küçələrin bəzilərində sürücülərinin su maneələrini aşa bilmədiyi qəzaya uğramış avtomobilləri görmək olar. İctimai nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, metro belə fasilələrlə işləyir. Polis sürücüləri pis hava şəraitində avtomobillə səyahət etməməyə çağırıb.
Qeyd edək ki, ölkə quraq iqlimdə yerləşdiyindən yol infrastrukturu güclü yağıntılara uyğunlaşdırılmayıb. Drenaj sistemi olmadığından güclü yağışlar zamanı su yollarda toplanır və binaları su basır. Bir çox yerlərdə bələdiyyə xidmətləri yollarda yığılan suyu çəkmək üçün sisternlərdən istifadə edirlər.




Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












