Lizinqlə maşın aldı, görün başına nələr gəldi - AĞLASIĞMAZ TƏLƏB - VİDEO

Bakıda banklardan birindən lizinqlə avtomobil alan şəxsin başına iş gəlib. Bank 3 il əvvəl vətəndaşdan avtomobili geri alsa da, indi aylıq ödənişləri tələb edir. Avtosfer.az-ın məlumatına görə, hadisə Tovuz rayon sakini Vüqar Xəlilovun başına gəlib. Onun sözlərinə görə, bir neçə il əvvəl ilkin 2500 manat, ayda isə 310 manat ödəniş etməklə lizinq yolu ilə Bakıda banklardan birindən avtomobil alıb. Vüqar Xəlilov 6 ay bu şəkildə ödəniş edərək yol nəqliyyat hadisəsi baş verən günə qədər avtomobildən istifadə edib. Avtomobil üzərində heç bir öhdəliyi olmayan, yalnız sürmək üçün etibarnaməsi olduğundan sığorta şirkəti həmin pulu bank əməkdaşlarına verib. Bankın məsul şəxsləri Vüqar Xəlilova bildiriblər ki, qəzalı avtomobili servisə gətirsin. O da avtomobili servisə elə nəqliyyat vasitəsinin sənədləri ilə birlikdə təhvil verib. Amma bankdan hər dəfə Vüqar Xəlilova zəng vurularkən borcu olduğunu və ondan ödəniş etməsi tələb edilib. Yəni belə aydın olub ki, bu müddət ərzində bank hesab edir ki, avtomobil Vüqar Xəlilovda olub və yaranmış borc da həmin ayların puludur.
Məsələ ilə bağlı hüquqşünas Anar Ramazanov bildirdi ki, lizinq yolu ilə avtomobil alan şəxs mütləq qaydada bankla bağlayacağı müqavilənin bəndləri ilə tanış olmalıdır. Bundan başqa, bu cür hadisələrdə avtomobili banka və yaxud da avtoservisə verərkən təhvil aktı ilə rəsmişəldirməlidirlər. Əks halda vətəndaş haqsız duruma düşə bilər. Hüquqşünas, aylıq ödənişin tələb edilməsinə də aydınlıq gətirdi.
Anar Ramazanov bildirdi ki, zərərçəkmiş qismində olan Vüqar Xəlilov hüquq-mühafizə orqanlarına bununla bağlı məlumat verməlidir ki, təxminən 3 ilə yaxın müddətdə avtomobil harda olub və kim istifadə edib. Bundan sonra məsələ öz həllini tapa bilər.
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?












