Mal-qara oğurlayan keçmiş məhkumlar saxlanıldı

Cəlilabadlı keçmiş məhkumlar Lənkəranda mal-qara oğurluqlarına görə saxlanılıblar. Saxlanılarkən onlardan birindən tapança aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Kərgəlan, Şağlakücə, Haftoni və Ləj kəndlərinin ərazisindəki örüş sahələrindən müxtəlif vaxtlarda ümumilikdə 17 nəfərə məxsus mal-qaranı oğurlayan şəxslər saxlanılıb. Araşdırmalarla onların Cəlilabad rayon sakinləri, əvvəllər külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi, qanunsuz silah saxlama, gəzdirmə maddələri ilə məhkum olunmuş Anar Sarxanov və cəzaçəkmə müəssisəsində birlikdə cəza çəkdiyi Ramil Əliyev olduqları müəyyən edilib. Məlum olub ki, həmin şəxslər örüş sahələrindən oğurladıqları mal-qaranı A.Sarxanovun idarə etdiyi “Ford” markalı yük avtomobili ilə müxtəlif rayonların ərazisindəki heyvan bazarlarına apararaq orada satıblar. Həmin şəxslər saxlanılarkən Ramil Əliyevin üzərindən “Makarov” tipli tapança və həmin silaha aid 3 ədəd patron aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq R.Əliyevin həmin odlu silahı cəzaçəkmə müəssisəsində birlikdə cəza çəkdiyi digər şəxsdən, Salyan rayon sakini, əvvəllər qəsdən adam öldürməyə görə məhkum olunmuş Rövşən Mehtiyevdən əldə etdiyi müəyyən edilib. Polis əməkdaşları tərəfindən Salyan rayonu ərazisində saxlanılaraq istintaqa təqdim edilən R. Mehtiyev həmin odlu silahı artıq vəfat etmiş atasından əldə etdiyini bildirib.
Hazırda faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.
Bir ixtisas üzrə QƏBUL DAYANDIRILDI - DİQQƏT
Prezident İrəvandakı tədbirdə onlayn çıxış etdi - FOTOLAR - YENİLƏNİB
Hikmət Hacıyev diplomatik korpus üzvlərinin Qarabağa səfərindən görüntülər paylaşıb - VİDEO
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Bayrağa hörmətsizlik etdi, cavabı ağır oldu - VİDEO
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Prezident fərman imzaladı
Günəşdə iki güclü partlayış qeydə alınıb
İlham Əliyevdən Ələt azad iqtisadi zonası ilə bağlı SƏRƏNCAM
Hamlet Musayevin qızı həbs edildi - Külli miqdarda dələduzluq...
İlham Əliyev ipoteka ilə bağlı fərman imzaladı










