Maliyyə Nazirliyi və Dövlət Gömrük Komitəsi birləşdiriləcək? - AÇIQLAMA

Bir neçə müddətdir Dövlət Gömrük Komitəsinin, Maliyyə Nazirliyi və Dövlət Vergi Xidmətinin birləşdiriləcəyi ilə bağlı fikirlər səsləndirilir. Bu qurumların bir sıra ölkələrdə birgə fəaliyyət göstərdiyi məlumdur.
Bəs görəsən, Azərbaycanda adıçəkilən komitə, nazirlik və xidmətin birləşdirilməsi gözlənilirmi?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov açıqlamasında bildirib ki, 2025-ci ildə Azərbaycanda iqtisadi islahatların dərinləşəcəyi gözlənilir.
O qeyd edib ki, instutisional islahatlarla bağlı Prezident İlham Əliyev tərəfindən bir neçə sərəncamlar imzalanıb:
"Bu ilin Azərbaycanda yeni dövrün hədəflərinə uyğun olaraq islahatların dərinləşməsi ili kimi yadda qalacağı gözlənilir. Xüsusilə, idarəetmə sisteminin çevikliyinin artırılması ilə bağlı fəaliyyətlər davam etdiriləcək. Dövlət gəlirlərinin formalaşması, onların xərclənməsi ilə bağlı islahatlar da müzakirə edilən məsələlərdəndir. Ölkələrdə fərqli modellər var. Bir sıra qonşu ölkələrdə həm vergi yığma, həm də xərcləmə ilə bağlı vahid instutisional qurumlar fəaliyyət göstərir. Bəzi ölkələrdə Milli Gəlirlər Xidməti var və həmin xidmət bütün vergilərin toplanmasına məhsul qurumdur. Bəzilərində isə gömrük və vergi sistemləri ayrıdır. Azərbaycan da daha çevik modelin tətbiqini həyata keçirən ölkələrdəndir. Bu baxımdan, islahatların davam edəcəyi gözləniləndir. Sözsüz ki, instutisional istiqamətdə qəbul edilən qərarlarla bağlı da mütəmadi məlumatlar təqdim olunacaq".
Qeyd edək ki, yanvarın 10-da Prezident İlham Əliyevin Sərəncamı ilə maliyyə naziri Samir Şərifov tutduğu vəzifədən azad edilib. Dövlət başçısının imzaladığı digər Sərəncamla o, Azərbaycan Baş nazirinin müavini təyin olunub. S.Şərifov 2006-cı ilin aprel ayından maliyyə naziri vəzifəsində çalışıb.
(unikal)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












