Masallıda bir həyətdə yaşayış evi, iki avtomobil və ot tayaları yandı - Qəsdən edilib?

Masallı rayonunun Bədəlan kəndində güclü yanğın baş verib. Hadisə Aşurlu məhəlləsində yaşayan Nicat Həsənovun həyətində olub. İlk yanğın hadisəsi yaşayış evinin birinci mərtəbəsində başlayıb. Ev sahibləri tez xəbər tutduqlarından yanğın söndürülüb. Axşam isə yanğın ikinci mərtəbədə olub və 5 otaqlı yaşayış evi əşyaları ilə birgə yanıb.
Hadisə yerinə gələn yanğınsöndürənlər alovun ətrafa yayılmasının qarşısını ala biliblər. Sabahısı gün yanan evin qalıqlarını daşımaq üçün yük maşını çağırılıb. İşlər yekunlaşmadığı üçün sürücü maşını həyətdə saxlayıb, bu zaman isə müəmmalı şəkildə avtomaşının kabinəsi alovlanıb. Həmçinin Nicat Həsənovun onunla eyni həyətdə yaşayan qardaşı Zəfərə məxsus "VAZ-2106" markalı minik maşını od tutub yanıb. Yanğınlar bununla da bitməyib. Ardınca həyətdəki ot tayası da alovlanıb. Ümumilikdə iki gün ərzində bu ailəyə külli miqdarda ziyan dəyib. Lakin Həsənovlar ailəsi bu işdə kiminsə əlinin olduğundan şübhələnir. Çünki son yanğın zamanı ot tayasının yaxınlığında sönmüş kibrit çöpləri tapılıb. Hadisə ilə bağlı artıq polis şöbəsinə də məlumat verilib.
Fakt araşdırılır.
"Report"
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












