Masallıda maarifləndirici görüş: Narkomaniyaya və erkən nikaha yox deyək! - FOTO - VİDEO

Masallı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Narkomaniya və erkən nikahlara yox deyək!” mövzusunda Masallı Dövlət Regional Kollecin tələbələri ilə maarifləndirici görüş keçirilib.
Masallı Gənclər Evində keçirilən tədbirdə çıxış edən Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azay Ağayev müasir dövrdə bütövlükdə bəşəriyyət üçün böyük bəlaya çevrilən narkomaniya ilə mübarizənin vacibliyindən, sağlam gəncliyin və etibarlı gələcəyin qurulması baxımından belə maarifləndirici görüşlərin davamlı şəkildə təşkilinin zəruriliyindən danışıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanlarının apardığı barışmaz və qətiyyətli tədbirlərlə bağlı görüş iştirakçılarına məlumat verib.
Görüşdə həmçinin, erkən nikahların fəsadlarından, bu neqativ halın gələcəkdə səbəb ola biləcəyi ağır nəticələrdən, cəmiyyətə neqativ təsirlərindən söz açılıb.
Sonra digər aidiyyəti qurumların nümayəndələrinin çıxışları dinlənilib, müzakirə olunan mövzularla bağlı videoçarx izlənilib və tədbir iştirakçılarının sualları cavablandırılıb.
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı













