Maşın satmaq istəyənlər fırıldaqla üzləşdi - VİDEO

Paytaxt sakini Elgün Mənsimov və Rauf Məmmədov öz maşınlarını satmaq istəyərkən maşın alverçilərinin fırıldağı ilə qarşılaşıblar. Avtosfer.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, onlar maşını satmaq üçün internetdə elan yerləşdiriblər. Bir neçə dəqiqədən sonra gələn zənglərlə özlərini alverçi deyilik deyə təqdim edən şəxslər maşının qiymətini aşağı salmaq üçün özlərinə məxsus fırıldağa əl atıblar. Maşının içərisinə minib düşəndən sonra həmin ana qədər işlək vəziyyətdə olan kondisioner və lükün işləmədiyini deyiblər.
Buna bənzər hadisə ilə bir neçə günlük fərqlə Elgün Mənsimovun qaynı Rauf Məmmədov da qarşılaşıb.
Maraqlısı isə budur ki, vətəndaşlar belə şəxsləri elə həmin an ifşa etsələr onlar barəsində qanunveriçilikdə hansı cəza nəzərdə tutulur? Hüquqşünas Asif Abdullayev bildirir ki, belə şəxslər bir neçə maddə ilə məsuliyyət daşıyırlar.
Onu da qeyd edək ki, maşın alverçilərinin belə addımları insanlar tez-tez rastlaşır. Buna görə onların qurduqları oyuna düşməmək üçün maşın satan şəxslərin daha diqqətli olmalıdırlar. Bunun üçün avtomobilə bir nəfərdən artqı şəxsin yaxınlaşmasına şərait yaratmamalı və onun hər hansı bir detalı yoxladığı zaman hərəkətinə diqqət etməlidir. Çünki dəllaların etdiyi müdaxilə sövdələşmə baş tutmadıqdan sonra avtomobildə daha böyük problemlərə yol aça bilər.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












