Maşına vinil vurmaq konstruksiya dəyişikliyidir? -DYP "hə", ekspert "yox" deyir

Oxucularımızdan biri redaksiyamıza müraciət edərək yol polisi ilə yaranmış problem barədə məlumat verib. Oxucu bildirir ki, idarə etdiyi 90 BD 661 dövlət nömrə nişanlı, "Opel Vita" markalı avtomobili YPX əməkdaşı tərəfindən saxlanılıb. Saxlama səbəbi olaraq yol polisi bildirib ki, avtomobilin rəngi boz olduğu halda damına qara rəngli vinil vurulub. Sürücüyə bildirilib ki, bu konstruksiya dəyişikliyidir və avtomobil duracağa getməlidir. Sürücü YPX əməkdaşına bunun konstruksiya dəyişikliyi olmadığını, yerində aradan qaldırılması mümkün olan xəta olduğunu deyib. Sürücü YPX əməkdaşından protokol tərtib etməsini və avtomobilin damındakı vinili yerində sökəcəyini bildirib. Lakin YPX əməkdaşı avtomobili cərimə meydançasına aparıb və Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə gəlməsini deyib. Sürücü deyilən ünvana gedərək 7-ci otaqda Zeynal adlı əməkdaşla görüşüb. Sürücüyə bildirilib ki, ona konstruksiya dəyişikliyi etdiyi üçün 150 manat məbləğində cərimə tətbiq olunub. Cəriməni ödəyib avtomobili götürə bilər.
Etiraz etsə də sürücünün haqsız olduğu bildirilib.
Şikayətçi deyir ki, əvvəla bu konstruksiya dəyişikliyi deyil. İkincisi olsa belə yerində aradan qaldırılması mümkündür. YPX əməkdaşları qanunun tələblərinin pozulmasını aradan qaldırırlar. Qanun pozulubsa, yerində aradan qaldırılması mümkündürsə niyə avtomobili cərimə meydançasına aparıb vətəndaşı incidirlər.
Məsələ ilə bağlı açıqlama verən yol hərəkəti təhlükəsizliyi üzrə ekspert, Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı deyib ki, "Yol hərəkəti haqqında" qanuna görə, qeyd edilən məsələ konstruksiya dəyişikliyi deyil. “YPX əməkdaşı sürücüyə yerində cərimə tətbiq etməli və vinilin sökülməsini tələb etməli idi. Bu əslində qeydiyyatla bağlı olan bir problemdir. Sürücüyə təkrar qeydiyyat etmədiyi üçün maksimum 50 manat cərimə yazila bilər.”
Qeyd edək ki, son vaxtlar sürücülər bamper, vinil, işıq, güzgü və bu kimi dəyişikliklər etdikləri üçün YPX əməkdaşları tərəfindən konstruksiya dəyişikliyi adı ilə cərimə olunurlar.
Məsələ ilə bağlı DYP-nin araşdırma apararaq müvafiq qərar verəcəyinə ümid edirik.
Fərid
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












