Maşında yoxlama aparıldı: Qız zorla qaçırıldığını dedi

Oğuz rayonunda 16 yaşlı qız qaçırılıb.
Avtosfer.az-ın məlumatına görə, Hüseyn Məhərrəmov, Yaqub Musayev və Samir Quliyev Oğuz rayonuna gələrək 16 yaşlı qızı razılığı olmadan “VAZ 2106” markalı avtomobillə qaçırıblar.
Onlar qızı Yevlax rayonuna aparan zaman yol polisi əməkdaşları yoxlama məqsədi ilə maşını saxlayıblar. Bu zaman qız maşından düşərək, polislərə onu zorla qaçırdıqlarını bildirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov sorğuya cavab olaraq bildirib ki, qızı qaçırmaqda şübhəli bilinən üç nəfər şübhəli şəxs qismində saxlanılıblar.
Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
oxu.az
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO











