Maşının əvvəlki sahibinin borcu var, yeni sahibi sata bilmir: Necə həll olunmalıdır?

Vətəndaş Ülvi Şükürov Avtosfer.az-a müraciət edərək qarşılaşdığı problemi bildirib. Şikayətçi deyir ki, 2016-cı ildə "VAZ 2107" markalı avtomobil alaraq öz adına sənədləşdirib. 3 il sonra avtomobili qardaşına satarkən yol polisi 2013-cü ildə avtomobilin 450 manat miqdarında cəriməsi olduğu üçün sənədləşdirmə aparılmayacağını deyib. "Mən avtomobili 2016-cı ildə almışam. Cərimələr isə mən almamışdan 3 il əvvəl olub. O zaman da adıma sənədləşdirib yeni qeydiyyat şəhadətnaməsi almışam. İndi isə cərimə olduğunu deyərək ya onu ödəməyimi, ya da təkrar qeydiyyat edə bilməyəcəyimi deyirlər. Burada mənim nə günahim var? Əgər cərimə var idisə niyə 2016-cı ildə bu ortaya çıxmayıb və maşın mənim adıma keçirilib?".
Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı hesab edir ki, bu məsələdə vətəndaş tam olaraq haqlıdır. "İnzibati xəta vətəndaş avtomobili almamışdan əvvəl törədilib. Təbii ki, xətanı törədən şəxs də bəllidir. Odur ki, bu yerdə yol polisi həmin şəxsi tapıb cəriməni tələb etməlidir. Avtomobilin yeni sahibi isə burada heç bir məsuliyyət daşımır. Çünki maşın onun mülküdür. Digər tərəfdən, inzibati xətanı törədən avtomobil deyil, şəxsdir. Cərimə də onun adına yazılıb və həmin şəxsin sürücülük vəsiqəsinə vurulub. Belə halda vətəndaşı incitmək olmaz".
Ekspert hesab edir ki, avtomobil yeni sahibinə satılan zaman bu tələb edilməli idi. "Həmin vaxt hansı problem baş verib, niyə aşkara çıxmayıb, bu artıq yol polisinin işidir. Odur ki, məsələ vətəndaşın xeyrinə həll olunmalıdır".
Orxan
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA












