Maşınla qadını vurub öldürən və hadisə yerindən qaçan gənclə bağlı QƏRAR

Ali Məhkəmədə piyadanı vurub öldürməkdə və hadisə yerindən qaçmaqda təqsirləndirilən İsgəndər Əliyevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Qeyd: Rəsmi məlumata görə, 2021-ci il sentyabrın 29-da saat 19 radələrində rayonun Füzuli rayonunun Horadiz şəhəri ərazisində müəyyən edilməyən avtomobillə şəhər sakini Gülnaz Səfərova vurulub və o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Füzuli rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Lada Priora” markalı avtomobilin sürücüsü, Horadiz şəhər sakini, 2000-ci il təvəllüdlü İ.Əliyev müəyyən edilərək saxlanılıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il 4 ay 18 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdə qeyd edilib ki, İ.Əliyev cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Dövlət ittihamçısı hökmdən narazı qalaraq, apellyasiya protesti verib. Şirvan Apellyasiya Məhkəməsi isə təmin etməyib. Ali Məhkəmə isə Şirvan Apellyasiya Məhkəməsinin çıxardığı qərarın ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini qərara alınıb. Şirvan Apellyasiya Məhkəməsi isə onun 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi barədə qərar çıxarıb. Daha sonra təqsirləndirilən şəxs kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
pravda.az
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












