MDB PA-nın müşahidə missiyası seçkiqabağı hazırlıq prosesini müsbət qiymətləndirib - FOTO

Müstəqil Dövlətlər Birliyinin Parlament Assambleyasının müşahidə missiyası seçkiqabağı hazırlıq prosesini müsbət qiymətləndirib.
Avtosfer.az xəbər verir ki, bu barədə baş prokuror Kamran Əliyevin MDB PA-nın müşahidə missiyasının rəhbəri, Qazaxıstan Senatının sədr müavini Jakip Asanovun rəhbərlik etdiyi, tərkibinə MDB PA Şurasının Baş katibi Dmitri Kobitskinin və digər rəsmi şəxslərin daxil olduqları nümayəndə heyəti ilə görüşündə bildirilib.
Fevralın 7-nə təyin olunan növbədənkənar prezidenti seçkisinin tarixdə ilk dəfə ölkənin bütün suveren ərazisində keçiriləcəyini və xalq üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayan baş prokuror seçkinin azad və demokratik şəraitdə keçirilməsi, seçicilərin azad şəkildə öz iradələrini ifadə etməsi məqsədi ilə görülən işlər, seçki qanunvericiliyinə riayət olunması ilə əlaqədar prokurorluq orqanlarının qarşısında duran vəzifələr barədə danışıb.
Jakip Asanov, Dmitri Kobistki və digər görüş iştirakçıları müşahidə missiyasının Azərbaycanda olduğu müddətdə keçirdiyi görüşlərin əhəmiyyətindən söz açaraq, seçkinin yüksək səviyyədə keçirilməsi üçün hər cür şəraitin yaradıldığını, seçki qanunvericiliyinin beynəlxalq standartlara uyğun olduğunu və seçkiqabağı hazırlıq prosesini müsbət qiymətləndirdiklərini qeyd edərək bu işdə Mərkəzi Seçki Komissiyası ilə yanaşı, prokurorluq orqanlarının əməyini yüksək qiymətləndiriblər.
Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












