Mediator təlimləri distant formada keçiriləcək - QƏRAR

“Mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim Qaydası”na dəyişiklik edilib.
Nazirlər Kabinetinin qərarına əsasən, təbii və ya texnogen qəzalar, epidemiya, fövqəladə vəziyyət və ya qarşısıalınmaz qüvvələrin təsiri nəticəsində dinləyicilərin ilkin hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlimlərin əyani formada keçirilməsi mümkün olmadıqda, Mediasiya Şurasının qərarı ilə təlimlər distant (məsafədən) formada keçiriləcək.
Mediator olmaq istəyən şəxslərin və mediatorların ilkin hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim əyani formada aparılır. Lakin xüsusi karantin rejimi mediatorlar üçün təlimlərin əyani formada aparılmasını qeyri-mümkün edir və bu sahədə çətinliklər yaranır.
Qeyd edək ki, mediator, mediasiya prosesi zamanı tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı qanunla müəyyən olunan prosesi həyata keçirməli olan şəxsdir. Məhkəmələrdən əvvəl qarşılıqlı mübahisələr mediatorlar tərəfindən həll edilir.
Mediasiya prosesinin tətbiq dairəsi aşağdakı sahələr üzrə müyyən edilib:
mülki işlər və iqtisadi mübahisələr (xarici elementli mübahisələr də daxil olmaqla);
ailə münasibətlərindən irəli gələn mübahisələr;
əmək münasibətlərindən irəli gələn mübahisələr;
inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












