MEDİA Agentliyi jurnalistlər üçün təlim keçirir - FOTO

Texnologiyanın inkişafı ilə həm ənənəvi xəbər istehsalı prinsipləri, həm də oxucuların məlumatları qəbul etmək üsulları və mənbə seçimləri davamlı dəyişir. Hazırda xəbər saytları demək olar ki, dünya əhalisinin əksəriyyəti üçün əsas informasiya mənbəyi kimi fəaliyyət göstərir. Ənənəvi media məzmunlarının rəqəmsal formaya inteqrasiyası iləonlayn mediada müşahidə edilən yüksək interaktiv kontent, operativ xəbər yayımı media istehlakçıları üçün bir çox yeni imkanlar təqdim etməklə yanaşı, digər media növlərinəqarşı onlayn mediaya rəqabət üstünlüyü qazandırır. Qeyd edilənlərdən əlavə, media sahəsində tendensiyaların tez-tez dəyişdiyi və yeni alətlərin aktuallaşdığı rəqəmsal qloballaşma prosesləri fonunda xəbər saytlarının dinamik trendlərə uyğunlaşması, oxucuların marağını cəlb etmək və ya oxucu kütləsini saxlamaq üçün effektiv kontent və marketinq strategiyaları formalaşdırması zərurəti də yaranır.
Layihənin məqsədi rəqəmsal xəbərlərin oxunaqlılığının artırılması, bununla da xəbər saytlarının oxucu kütləsinin əhatə dairəsinin genişləndirilməsi, bu istiqamətdə mövcud alət və strategiyaların effektiv tətbiqinin stimullaşdırılması, müvafiq sahədəfəaliyyət göstərən media nümayəndələrinin bilik və bacarıqlarının inkişaf etdirilməsi, eyni zamanda sahə üzrə mütəxəssislər, məzmun yaradıcıları, redaktorların iştirakı ilə onlayn medianın inkişafına dair qarşılıqlı fikir mübadiləsi və şəbəkələşmə imkanlarının yaradılmasıdır.
Lahiyənin iki gün müddətində, ümumilikdə 50 xəbər saytının 100-ə yaxın əməkdaşının iştirakı ilə həyata keçirilməsi nəzərdə tutulur.
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ














