MEDİA Audiovizual Şura ilə birgə müsabiqə elan edib

Medianın İnkişafı Agentliyi (MEDİA) Audiovizual Şura ilə birgə audiovizual məhsulların istehsalı və yayımı üzrə müsabiqə elan edib.
Avtosfer.az xəbər verir ki, ümumölkə yerüstü televiziya yayımçıları arasında təşkil edilən müsabiqədə iştirak etmək istəyən yayımçı Media Reyestrinə daxil edilmiş olmalı, “Media haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun fəaliyyət göstərməli və müvafiq qaydalarla müəyyənləşdirilmiş sənədləri təqdim etməlidir.
Müsabiqə üçün təqdim olunan layihə Azərbaycanın dövlətçilik tarixi; milli adət-ənənələr və ailə dəyərləri; elm və mədəniyyət; azərbaycançılıq ideologiyasının yeni istiqamətləri – milli ideyanın təbliği; gənc nəsildə milli mənlik şüurunun, əxlaqi dəyərlərin və vətənpərvərlik hissinin inkişafı; elmi-kütləvi, mədəni-maarif, təhsil; ekologiya və ətraf mühitin mühafizəsi; uşaq və gənclərin fiziki və mənəvi inkişafı mövzularından birini əhatə etməlidir.
Müsabiqəyə müraciət müvafiq sənədlərin elektron daşıyıcıda ərizəyə qoşma edilməklə Agentliyə təqdim olunması yolu ilə həyata keçirilir.
Qeyd edək ki, müsabiqəyə müraciət qəbulu 6 iyun 2024-cü il 18:00-dək davam edəcəkdir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












