MEDİA-nın yeddinci könüllülük proqramı uğurla yekunlaşıb - FOTO

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin yeddinci könüllülük proqramı uğurla başa çatıb.
2024-cü ilin oktyabr ayından cari ilin yanvar ayınadək müddəti əhatə edən proqram çərçivəsində iştirakçılar Agentliyin müxtəlif strukturlarında fəal iştirak edərək tapşırıqları yüksək səviyyədə yerinə yetirib. Bu müddət ərzində onlar peşəkar bacarıqlarını inkişaf etdirərək kommunikasiyanın səmərəliliyi, komanda işi və idarəetmə vərdişləri kimi mühüm sahələrdə təcrübə əldə ediblər.
Ölkədə könüllülük hərəkatı ilə bağlı həyata keçirilən işlərə diqqət çəkən Agentliyin İcraçı direktoru Əhməd İsmayılov qeyd edib ki, gənclərin bu cür fəaliyyətlərə cəlb edilməsi onların həm sosial, həm də peşəkar bacarıqlarını inkişaf etdirmələrinə imkan yaradır, belə təşəbbüslər ölkənin sosial və iqtisadi inkişafına öz töhfəsini verərək gəncləri cəmiyyətin dəyişən tələblərinə uyğun daha hazırlıqlı və məsuliyyətli fərdlərə çevirir.
Proqramın iştirakçısı olmuş könüllülər təlimlərdə əldə etdikləri bilik və bacarıqların onların şəxsi inkişafının təmin edilməsində mühüm rol oynayacağını, gələcək fəaliyyətləri üçün stimul yaradacağını ifadə ediblər.
Görüşdə proqramı uğurla başa vuran könüllülərə sertifikatlar təqdim olunub.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident


















