“Mega City” Holdinqdən 36 minə ev aldı - Sahibi başqası çıxdı

“Toydan sonra ev aldıq, 4 ildir köçə bilmirik”. Avtosfer.az xəbər verir ki, bu sözləri Günel Həşimova “qafqazinfo”ya şikayətində deyib. O bildirib ki, 2014-cü ilin oktyabr ayında Yasamal rayonunda yerləşən “Mega City” Holdinqdən ev alıb. Belə ki, G.Həşimova qonşusu, daşınmaz əmlak alqı-satqısı ilə məşğul olan Vəlidən köməklik istəyib: “Vəli bizə Holdinqin 1-ci binasında 11-ci mərtəbədə yerləşən 73 saylı mənzilin hazırda satıldığını dedi. 36 min manat əldən ödəyərək mənzili aldıq və sənədləri mənə təqdim etdilər. Dekabrda isə təmir üçün evə qapı qoyduq. Sonra eşitdik ki, mənzilin sahibi Şükür adlı şəxsdir və bizim qoyduğumuz qapını sökdürüb”. Şikayətçi dolandırıldığını anladıqdan sonra pulunu geri almaq üçün dəfələrlə Vəli və ev sahibi Abbasla görüşsə də, nəticə əldə edə bilməyib: “Məsələylə bağlı Yasamal rayon polis şöbəsinə müraciət etmişik. Hələ də bir nəticə yoxdur. Nə pulumuzu geri ala bilirik, nə də ki evi. Hazırda iş Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindədir”. Şikayətdə adları çəkilən Vəli və Abbasla (soyadlarını şikayətçi də bilmir. red) əlaqə saxlamağa çalışsaq da, hər iki şəxsin nömrəsinə zəng çatmayıb. İşi araşdıran müstəntiq Asim Yusubov isə hazırda instintaq getdiyi üçün bu barədə məlumat verə bilməyəcəyini bildirib.

Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












