Məişət zorakılığından əziyyət çəkən valideynlərə dəstək layihəsi davam edir - FOTO

“Regional Qadın Təşəbbüsləri” İctimai Birliyi "Sevgi dünyanı xilas edəcək! Ailə dəyərlərinin təbliği, valideyn məsuliyyətinin artırılması" layihəsi ilə bağlı tədbirləri davam etdirir.
Avtosfer.az xəbər verir ki, təşkilat bu təşəbbüsü Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirir.
Layihənin məqsədi barədə danışan layihə rəhbəri Kubra Məmmədova bildirib ki, məqsəd ailədə mənəvi bağların möhkəmlənməsinə kömək edəcək layihə çərçivəsində məişət zorakılığından əziyyət çəkən, bütün gününü işə həsr edən və bir sira problemlər səbəbindən övladına vaxt ayıra bilməyən valideynlərin diqqətini cəlb etməkdir. Bunun üçün müəyyən təbəqədən olan və təşkilata müraciətlər əsasında seçilən ailələrdən vəziyyətləri yaxşı olmayan valideynlərin bu vəziyyətin yaxşılaşdırılması istiqamətində Şəki şəhərində və paytaxtda psixoloqlarla görüşləri həyata keçirilib.
K.Məmmədova açıqlama verərkən onu da əlavə edib ki, layihənin icrası zamanı bu kimi tədbirlərin cəmiyyətimiz nə dərəcədə əhəmiyyətli olduğunub bir daha fərqinə varib: "İlk növbədə bildirmək istəyirəm ki, psixoloji görüşlər üçün təşkilatımız psixoloq seçiminə çox əhəmiyyət verib.Seçmiş olduğumuz psixoloqlar işlərində proffesional və məhz bu istiqamətdə fəaliyyət göstərən psixoloqlardır ki, bu da layihəmizin səmərəliliyini daha da artırmış oldu. Seanslardan sonra müraciət edən şəxslərlə şəxsən görüşüb fikirlərini öyrəndik. Heç bir iştirakçı bu prosesdən narazı qalmadı. Hətta bu seansların davamını istəyən və övladlarını da gətirmək istədiklərini bildirən valideynlərin sayı kifayət qədər idi. Bu isə layihəmizin məqsədinə çatdığını göstərir. Bu məqam bizi sevindirsə də, problemin dərin olması bir o qədər məyus etdi”.
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI















