Məktəb direktoru şagirdi döydü - FOTO

Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 1 nömrəli tam orta məktəbin direktoru Çinarə Atayeva şagirdi döyərək, ona xəsarət yetirib.
Bakupost.az xəbər verir ki, o, məktəbin 7 "D" sinfinin şagirdi Anar Mirzəağayevə fiziki təzyiq göstərib. Nəticədə şagirdin qulağı əzilib və boynunda iz qalıb.
Xəbəri Bakupost.az -a şagirdin anası Könül Mirzəağayava təsdiqləyib.
O bildirib ki, hadisə övladının günahı ucbatından baş verdiyi üçün direktordan şikayət etməyib:
“Məktəbin həyətində uşaqlar sıraya düzülən zaman mənim uşağım digər bir uşağa söyüş söyüb, ona görə də direktor onu vurub. Boynunda iz qalıb. Həmin gün bir az ağrıyıb, daha sonra keçib gedib. Günah uşağımda olduğu üçün direktora heç bir şey demədim”.
Qeyd edək ki, Çinarə Atayeva qalmaqallı hərəkətləri ilə bir neçə dəfə medianın gündəminə gəlib.

"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi












