Məktəblilər narkotiklərin zərərləri barədə məlumatlandırılıb - FOTO

Aprelin 23-də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu paytaxtın Nərimanov rayonundakı 39 nömrəli tam orta məktəblə birgə “Biz sağlam həyat tərzi seçirik, narkotiklərə yox deyirik” mövzusunda maarifləndirici tədbir keçirib.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupundan Avtosfer.az-a verilən məlumata görə, tədbirdə məktəbin pedaqoji və şagird heyəti, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun məsul əməkdaşı iştirak edib.
Narkomaniyanın doğurduğu faciələr, narkotik vasitələrdən asılılıq, psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkotiklərin insan orqanizminə məhvedici təsirləri, asudə vaxtın səmərəli təşkil edilməsi barədə ətraflı məlumat verilib. Həmçinin Dövlət Komissiyasının “802” qaynar xəttinin fəaliyyət istiqamətinə dair videoçarx və maarifləndirici sosial roliklər nümayiş olunub.
Sonra işçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı bukletlər iştirakçılara təqdim edilib.

Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












