"Məni Putinlə, mafiya babaları ilə hədələyirlər" - Qənirə Ataşova

“29 oktyabrdan bəri plastik cərrahiyyə mövzusunda araşdırmalar aparıram. Azərbaycanda plastik və estetik cərrahiyyə sahəsində baş verən vəziyyəti diqqətlə öyrənirəm və hər kəsə tövsiyə edirəm. Əgər gəncsinizsə, ciddi ehtiyac yoxdursa, ucuzluğa qaçıb, əməliyyata tələsməyin”.
Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, bu sözləri ABŞ-da yaşayan jurnalist Qənirə Ataşova sosial şəbəkə hesabında yazıb.
O, plastik-cərrahiyyə mövzusunda araşdırmaları zamanı yaşadıqlarından bəhs edib:
“Yaş və ehtiyac olanda gedin. Mən də lazım gələndə müdaxiləni inkar etmirəm. Hətta gələcək üçün baxdığım həkimlərimiz də var. Demək istəyirəm, həkiminizi yaxşıca araşdırın, onun peşəkarlığından və təcrübəsindən tam əmin olun.Təəssüf ki, çoxunun məni dinləmədiyini görürəm. Məsələn, ölkəmizdə elə klinikalar var ki, xəstə üçün cəhənnəmə çevrilib. Bu yerlərdə diplomları tanınmayan bir çox “həkim”lər fəaliyyət göstərir və təəssüf ki, insanlarımız bu məkanlarda hələ də əməliyyat olunurlar.
“TikTok” platformasında aktiv deyiləm. Deyirlər ki, “TikTok”da bu cür əməliyyatlar daha çox təbliğ olunur, amma inadla “TikTok”a gəlmək fikrim yoxdur. Öz “Instagram” hesabım vasitəsilə bacardığım qədər maarifləndirici məlumatlar paylaşmağa davam edəcəyəm. Lakin inanın, çox yorulmuşam. Təkəm, onlar çox. Hələ üstəlik, yanımda Rusiyadakı mafiya babalarının adını çəkib qorxudanlar da var, kimisi də məni Putinlə qorxudur.
Bir məsələni də qeyd etmək istəyirəm. Hətta ən peşəkar həkimlərin əlində belə bəzən problemlər yaşana bilər. Buna görə də ehtiyatlı olmaq vacibdir”.
İlham Əliyev Fərman İmzaladı
Bakı-Tbilisi dəmiryolu marşrutu üzrə gündüz reysi açılacaq?
Gürcüstana qatarla səyahət 40 manat oldu - Yerlərin sayı artırıldı - FOTOLAR
İlham Əliyev ona Agentlikdə yüksək vəzifə verdi - SƏRƏNCAM - FOTO
Prezident vacib fərman imzaladı
Prezident nazirlə bağlı SƏRƏNCAM İMZALADI
Prezident tapşırıq verdi: Bu ilin oktyabr-noyabr aylarından etibarən... - FOTO
Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda son vəziyyət necədir? - VİDEO
“1xBet”də qanunsuz mərc oyunları təşkil edən dəstə tutuldu - Kiberpolisdən əməliyyat - VİDEO
Prezidentdən Naxçıvanla bağlı mühüm FƏRMAN
Xəzərin sahillərinin təmizlənməsi hansı qurumun məsuliyyətidir? - AÇIQLAMA - FOTO










