Meşədə itkin düşən 55 yaşlı kişinin meyiti tapıldı - YENİLƏNİB

Lənkəran rayonunda dərədə meyiti tapılan 55 yaşlı kişinin ölüm səbəbi məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, rayonun Horavenc kənd sakini, 1970-ci il təvəllüdlü İlham Ağamməd oğlu Hüseynov iyunun 4-də axşam saatlarında heyvanlarını gətirmək üçün kəndin kənarındakı dağlıq əraziyə gedib. Axşam heyvanlar gəlsə də, İ.Hüseynov evinə qayıtmayıb. Kənd sakinləri və İ.Hüseynovun ailə üzvləri onun axtarışlarına başlayıblar. Axtarışlar zamanı gecə saatlarında onun meyiti qayalıq ərazidəki dərədə aşkarlanıb və hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar. FHN-nin Cənub Regional Mərkəzinin xilasediciləri meyiti dərədən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Məlum olub ki, İ.Hüseynov qaranlıqda dağlıq ərazidə qayalıqla hərəkət edərkən yıxılıb. Ağır baş və bədən xəsarətləri alan 55 yaşlı kişi hadisə yerində dünyasını dəyişib.
***10:23
Lənkəran rayonunda ötən gündən itkin düşən kişinin meyiti dərədə tapılıb.
Avtosfer.az xəbər verir ki, Lənkəran rayonunun Horavenc kəndində ötən gündən itkin düşən və axtarışları aparılan 1970-ci il təvəllüdlü İlham Ağamməd oğlu Hüseynovun meyiti dərədən tapılıb. Hazırda meyiti dərədən çıxarmaq üçün əraziyə FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunub.
Hadisənin hansı şəraitdə və hansı səbəbdən baş verməsi araşdırılır.
***
Lənkəran rayonunun Horavenc kəndində meşəlik ərazidə 55 yaşlı kişi itkin düşüb.
Avtosfer.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Məlumatla əlaqədar, FHN-in Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri itkin düşməsi ehtimal edilən 1970-ci il təvəllüdlü İlham Hüseynovun axtarış işlərinə cəlb olunub.
Hazırda vətəndaşın itkin düşdüyü ehtimal edilən istiqamətlər üzrə axtarışlar davam etdirilir.
Hamlet Musayevin qızı həbs edildi - Külli miqdarda dələduzluq...
İlham Əliyev ipoteka ilə bağlı fərman imzaladı
Baş nazir qərar imzaladı
Adı biznes və tikinti imperiyası ilə hallanan Baş nazirin korteji – VİDEO
“Yol hərəkəti haqqında” qanun dəyişir - Əli Əsədov QƏRAR İMZALADI
Bakıda toyda qəribə görüntü MÜZAKİRƏ YARATDI - VİDEO
Bakıya gözlənilməz hava GƏLİR: Temperatur belə olmamışdı
Yer kürəsində maqnit fırtınası başlayıb
Lökbatan istiqamətində kilometrlərlə uzanan TIXAC YARANDI - VİDEO
Əli Əsədov qərar imzaladı
Prezidentdən deputatla bağlı - Sərəncam








