Metro istifadəçilərinə ŞAD XƏBƏR - Hər kəsin gözlədiyi YENİLİK GƏLİR

“Bütün lazımi məsələlər həll olunsun, artıq gələn ildən metroda bank kartları ilə ödənişə başlanılması üçün işlər görüləcək”.
Bunu Referans.az-a açıqlamasında Bakı Metropoliteni QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, hazırda QR pilet sistemi üzərində işlər gedir, onunla bağlı bəzi məsələlər tamamlandıqdan sonra bank kartları ilə ödəniş üçün hazırlıqlara başlanılacaq: “Hazırda QR pilet sistemi üzərində işlər getdiyinə görə, bunlar hamısını eyni vaxta salsaq qarışıqlıq yaranacaq. Bu məsələlər əslində tam olaraq bizdən asılı deyil. Bununla bağlı xüsusi icraçı qurum onlar bu barədə işlərin görülməsindən məsuliyyət daşıyır. Buna görə, işlər gələn ildən başlayacaq, amma nə zamana yekunlaşacağı bəlli deyil. Biz bu sistemlərin quraşdırılması ilə bağlı səlahiyyətli və məsuliyyət daşıyan qurum deyilik. Gedişhaqqı üsulları və digər texniki işlər barəsində biz sadəcə məlumat verə bilirik”.
Metropoliten rəsmisi qeyd edib ki, dünya praktikasında belə məsələ var ki, hər bir ödəniş üsulu və ya sisteminin müqəddəratını sərnişin özü həll edir. Onun sözlərinə görə, bu tələbatdan asılı olan bir məsələdir: “Mənim zənnimcə hazırda və ya QR pilet tətbiq olunandan sonra Bakı kartın ləğvinə heç bir zərurət olmayacaq. Ümumiyyətlə, əlavə gedişhaqqı üsulunun olması əksinə sərnişin üçün daha əlverişlidir və Bakı metropoliteninin sərnişin məmnuniyyəti baxımından daha sərfəlidir”.
“Yeni texnologiyaların və müasir ödəniş üsullarının Bakı metrosunda tətbiqi həm müştəri məmnuniyyəti, həm də ödəniş üsullarının çeşidli olması üçün vacibdir” – deyə Bəxtiyar Məmmədov əlavə edib.
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA
Pensiyalarla bağlı gözlənilən XƏBƏR
Bakı Limanında yükaşırma göstəriciləri artıb - FOTO
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında - FOTOLAR - YENİLƏNİB
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq
Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO
İşdən çıxarılan icra başçısı məşhur şəxsin QARDAŞIDIR










