Metroda gediş haqqı artırılacaq? - AÇIQLAMA

""Bakı Metropoliteni” QSC-nin əvvəlki açıqlamalarında da xərcin qiymətdən çox olduğu bildirilirdi. Mütəmadi olaraq belə açıqlamalar ictimaiyyətə təqdim olunub. Xərcin strukturu ilə tanış olmaq vacibdir".
Bunu "Unikal"a açıqlamasında deputat Vüqar Bayramov deyib. Deputat bildirib ki, həmin xərcdə insan resurslarının, texniki xidmətin, yanacaq və digər daşıma xərclərinin strukturunun da ictimaiyyətə təqdim edilməsinə ehtiyac var:
"Ona görə ki, bu xərcin nədən formalaşması ilə bağlı daha aydın təsəvvür yaransın. “Bakı Metropoliteni” QSC dövlətdən subsidiya alan qurumlardan biridir. Dövlət mütəmadi olaraq bu quruma subsidiya ayırır ki, qiymətin optimallaşdırılması mümkün olsun. Qiymətin müəyyənləşdirilməsi Tarif Şurası tərəfindən həyata keçirilir. “Bakı Metropoliteni” QSC-də daşınma qiymətinin artırılmasını məqsədəuyğun hesab etmirik. İndiki halda xərclərin optimallaşdırılması daha yaxşı olardı. Təklifimiz ondan ibarətdir ki, “Bakı Metropoliteni” QSC-də yeni qiymət artımlarına gedilməsin və xərcləri optimallaşdırmaqla subsidiya konteksində rentabellik təmin olunsun".
Deputat Fazil Mustafa saytımıza bildirib ki, bu, daha çox dövlət dotasiyası ilə həll olunan məsələdir. Onun sözlərinə görə, 40 qəpik vətəndaşın büdcəsi üçün elə də az məbləğ deyil:
"Həmçinin, alternativ nəqliyyat vasitələri olmadığı üçün insanların çoxu metrodan istifadə edir. Təbii ki, xidmət göstərilən məbləğə yaxın olmalıdır. Amma aztəminatlı insanların metrodan istifadə etməsini nəzərə alsaq, qiymət artımı vətəndaş üçün ciddi narahatedici amilə çevrilə bilər. İnanmıram ki, bu ərəfədə qiymətlərin artırılması məsələsi gündəmə gətirilsin", - deyə deputat vurğulayıb.
Qeyd edək ki, "Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov müsahibəsində bir sərnişinin daşınmasının 2022-ci ildə 68 qəpik olduğunu bildirib.
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı












