Metroda iş vaxtı uzadılacaq - “Qarabağ"ın oyununa görə

UEFA Avropa Liqasında “Qarabağ” Futbol Klubunun 1/8 final oyunu ilə əlaqədar Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək.
Bu barədə Avtosfer.az-a Bakı metropolitenindən məlumat verilib.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) müraciətinə əsasən, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma gecə saatlarında başa çatacağından martın 7-dən martın 8-nə keçən gecə metropolitenin bütün stansiyalarında iş vaxtı 1 saat uzadılacaq. Paytaxtımızda təşkil olunan mədəni-kütləvi tədbirlər nəzərə alınmaqla, stadiondan gecə saatlarında çıxacaq sərnişinlərin mənzil başına rahat çatması üçün bütün stansiyalar 01:00-a qədər girişə açıq olacaq.
Bundan başqa, oyuna geniş ictimai maraq olduğundan sərnişinlərin təhlükəsiz və rahat daşınması məqsədilə stansiyalarda əlavə tədbirlər görüləcək. Bakı metropoliteninin əməliyyat planına uyğun olaraq, gücləndirilmiş iş rejimi stadionun yaxınlığında yerləşən “Gənclik” stansiyasında tətbiq ediləcək. Nəzarət mexanizmlərinin gücləndirilməsi məqsədilə növbətçilik cədvəli tərtib olunmaqla stansiyaya əlavə işçi qüvvəsi ayrılacaq. Ehtiyat tədbirlər “28 May” və “Nərimanov” stansiyalarında da nəzərdə tutulacaq.
Zərurət yaranacağı təqdirdə ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq. Saat 24:00-dan sonra qatarlar xüsusi qrafik üzrə hərəkət edəcək. Martın 7-də gün ərzində qatarlar payız-qış iş rejiminin iş günləri qrafikinə uyğun hərəkət etsə də, tələbata uyğun olaraq hərəkətin nizamlanması diqqətdə saxlanılacaq.
Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – Bayer” oyunu saat 21:45-də başlayacaq.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












