Metronun “Xalqlar Dostluğu” stansiyasının girişində məişət tullantıları qalaqlanıb - FOTO

Metronun “Xalqlar Dostluğu” stansiyasında zibil əlindən tərpənmək olmur.
Bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb.
Paylaşımda “Xalqlar Dostluğu” metrostansiyasında keçidlərdən istifadə edən insanların ərazini zibillədikləri qeyd olunub:
“Metronun “Xalqlar Dostluğu” stansiyasının keçidində gördüyüm mənzərə budur. Belə çətin dövrdə hər kəs vətənpərvərliyə köklənib. Amma unutmamalıyıq ki, öz vətənimizin, şəhərimizin yerlərini zibilləmək, divarları yazmaq olmaz”.
Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov ilə əlaqə saxladıq. O bildirdi ki, məsələdən xəbərdardır və ərazi həmin gün təmizlənib:
“Metro fəaliyyətini dayandırdığı üçün həmin keçidlərdən çox az adam istifadə edir. Bu səbəbdən də küləkli havalarda yüngül məişət tullantıları metrostansiyaların girişinə toplanır. Lakin fotodan da gördüyünüz kimi tullantılar stansiyanın içərisində deyil, girişində daha çox gözə çarpır. Aidiyyəti üzrə təmizlik işləri aparılıb”.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












