"Middle East Airlines" təyyarələrini Beyrutdan Türkiyə və Kiprə köçürür

Livanın "Middle East Airlines" (MEA) aviadaşıyıcısı münaqişə vəziyyətində ehtiyat tədbiri olaraq öz təyyarələrini qonşu ölkələrə köçürmək qərarına gəlib.
Avtosfer.az xəbər verir ki, təyyarələr Cənubi Kipr, Türkiyə və İordaniyaya göndərilib.
Qərar HƏMAS-ın oktyabrın 7-də İsrailə hücumundan sonra şirkətin sığorta təminatı siyasətinə edilən dəyişikliklərdən sonra verilib. Şirkətin prezidenti Məhəmməd Əl-Hout 22 təyyarədən yalnız 8-nin bu həftə Beyruta uçacağını, qalanlarının isə digər hava limanlarına köçürüləcəyini deyib.
Təyyarələrin bir qismi də Omana gedəcək. 7 təyyarə adi qaydada Beyrut hava limanına uçmağa davam edəcək.
Əl-Hout əlavə edib ki, sığorta şirkətləri İsrail və HƏMAS hərbi əməliyyatları başlayanda müharibə riskindən narahat olmağa başlayıblar. Aviaşirkət sədrinin sözlərinə görə, müharibə riskləri üzrə sığorta təminatı təxminən 80% azalıb. "Lakin bizim prioritetimiz Livan və dünyanın qalan hissəsi arasında əlaqəni təmin etməkdir", deyə o bildirib.
"Livanda hava limanına mümkün hücumla bağlı əlimizdə heç bir məlumat yoxdur, mənbələr hərbi əməliyyatların döyüş qaydaları çərçivəsində və yalnız Livanın cənubunda qalacağını bildirir", deyə Əl-Hout qeyd edib.
Bənzər narahatlıqlar 2006-cı ilin iyul müharibəsi zamanı, İsrailin hava hücumları Beyrutun Rafik Həriri Beynəlxalq Hava Limanını hədəf alan zaman yaranıb:
"2006-cı ildə hava limanı bombalandı və 6 təyyarə Livanda qapalı qaldı. İsraillilər şirkətlə əməkdaşlıq etdilər və təyyarələri evakuasiya etmək üçün bizə vaxt verdilər. Lakin bu gün vəziyyət fərqlidir və biz sığorta şirkətlərindən danışırıq".
Valyuta.az
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












