Milli Məclisin komitə iclasları başlayır

Sabahdan Milli Məclisin komitə iclasları başlayır.
Avtosfer.az xəbər verir ki, yanvarın 16-da parlamentin Mədəniyyət komitəsinin iclası keçiriləcək.
Toplantıda 2024-cü ilin payız sessiyası dövründə görülən işlər barədə hesabat veriləcək, komitənin 2025-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsi, həmçinin, “Kitabxana işi haqqında” və “Muzeylər haqqında” qanunlarında dəyişiklik edilməsi barədə qanununun layihəsi (üçüncü oxunuş) müzakirə olunacaq.
Yanvarın 17-də isə Regional məsələlər komitəsi toplanacaq. 2024-cü ilin payız sessiyası dövründə görülən işlər barədə hesabat dinləniləcək, 2025-ci ilin yaz sessiyası üçün iş planı təsdiqlənəcək.
Yanvarın 21-də isə Səhiyyə komitəsi payız sessiyası dövründə görülən işlər barədə hesabat verəcək, yaz sessiyası üçün iş planı müzakirələrdən sonra təsdiq ediləcək.
Qeyd edək ki, bu gün Milli Məclisin deputatlarının məzuniyyəti başa çatıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












