Milli Qəhrəmanın oğlu: “Arzum atamın qisasını almaq idi”
Xəbərlər
28 Oktyabr 2020 13:10

“Qarabağ torpaqlarını elə qorulmalıyıq ki, Azərbaycan xalqı Xocalı faciəsini, erməni zülmünü bir də görməsin”.
Avtosfer.az xəbər verir ki, bunu Azvision.az -a açıqlamasında Milli Qəhrəman, 1992-ci il fevralın 26-da Xocalı sakinlərinin müdafiəsi zamanı şəhid olan Canpolad Rzayevin onun adını daşıyan oğlu deyib.

Ordumuzun qələbələrindən danışan C.Rzayev bildirib ki, atasının qisasının ermənilərdən alınması onun çoxdankı arzusudur.
“Mən ata görməmişəm. Ata qayğısı nədir bilmirəm. Atam şəhid olanda ana bətnində olmuşam. Doğulandan sonra babamın məsləhəti ilə mənə atamın adını veriblər. Ən çox üzüldüyüm odur ki, atamın qisasını almaq üçün döyüşlərdə iştirak edə bilmədim. Özüm də hərbçiyəm. Döyüş yoldaşlarımıza, ordumuza bu yolda ürəkdən dua edirəm. Şəhid ailələrinə başsağlığı verirəm. Şəhid övladı kimi onların acısını başa düşürəm. Amma torpaqlarımızı azad etmək balacadan tutmuş ağsaqqala kimi hamının arzusu idi. Atamla çiyin- çiyinə döyüşən şəxslərlə münasibətim var, tez-tez əlaqə saxlayıram. Döyüşmək üçün hər zaman hazırıq. Bizdə qorxu yoxdur. Elə tərbiyə almamışıq ki, vətəni müdafiə etməyək.
Hamı səbirsizliklə gözləyir, dədə- baba torpaqlarına getmək istəyir. Ali Baş Komandan nəyi nə vaxt etməli olduğunu bilir. Müharibə üçün lazımı işlər hazır olmalı idi. Demək ki, məqam indi imiş. Qarabağı azad edəndən sonra elə etməliyik ki, bir də bu kədəri, faciəni yaşamayaq. Müharibədən sonra Ağdama gedib atamın məzarını ziyarət edəcəm. Bu mənim övladlıq borcumdur. Onu sağ ikən görməmişəm, heç olmasa məzarını görüm”, - deyə Milli Qəhrəmanın oğlu vurğulayıb.
Qeyd edək ki, Canpolad Rzayev Qarabağ müharibəsi dövründə Ağdamda yaradılmış könüllü özünümüdafiə dəstələrindən “Qarabağ şahinləri" batalyonunun rəhbəri olmuş Qatır Məmməd ləqəbli Yaqub Rzayev Ələsgər oğlunun övladı olub.

Oxunub : 2030
DİGƏR XƏBƏRLƏR
18 Oktyabr 2026 18:49
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
18 Oktyabr 2026 17:45
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
18 Oktyabr 2026 17:27
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
18 Oktyabr 2026 15:29
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
18 Oktyabr 2026 14:20
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
17 Oktyabr 2026 16:36
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
17 Oktyabr 2026 15:45
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
16 Oktyabr 2026 19:42
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
16 Oktyabr 2026 16:00
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
15 Oktyabr 2026 22:45
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
15 Oktyabr 2026 18:44
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
15 Oktyabr 2026 18:10
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
ŞƏRH YAZ