Minalı ərazilər MEMATT-la təmizlənir - Azərbaycan ilkə imza atdı - VİDEO

Hazırda işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi işləri əl ilə və təlim itləri ilə, eyni zamanda Azərbaycan ordusuna yeni daxil olmuş texniki avadanlıqlar vasitəsilə aparılır. Bu yaxınlarda minatəmizləmə əməliyyatlarında istifadə olunması üçün Türkiyədən "Mematt" tipli 20 ədəd mexaniki minatəmizləmə texnikasının alınması da planlaşdırılır. Bu barədə işğaldan azad edilmiş ərazilərimizə təşkil edilən media turda məlumat verilib. "XəzərXəbər"in əməkdaşı başqa nələri müşahidə edib, gəlin izləyək.
Jurnalistlər azad edilmiş ərazilərimizdə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri və Türkiyədən gələn mühəndis-istehkamçılar tərəfindən birgə aparılan minalardan və partlamamış döyüş sursatlarından təmizlənmə işləri ilə tanış olublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, Anar Eyvazov bildirib ki, jurnalistlər əl ilə və təlim itləri ilə, eyni zamanda Azərbaycan Ordusuna yeni daxil olmuş texniki avadanlıqlar vasitəsilə minatəmizləmə prosesini izləyiblər.
Media nümayəndələri işğaldan azad olunmuş Cəbrayıl rayonunun Quycaq və Şəybəy kəndlərində aparılan minalardan və partlamamış hərbi sursatlardan təmizlənmə prosesi ilə tanış olublar.
İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatlarında istifadə olunması üçün Türkiyədən "Mematt" tipli 20 ədəd mexaniki minatəmizləmə texnikasının alınması planlaşdırılır.
Media nümayəndələri bu gün həmçinin Füzuli rayonunun işğaldan azad olunan ərazilərində aparılan minatəmizlənmə prosesi ilə də tanış olublar.
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO












