Mingəçevirdə avtomat silah gəzdirən və narkokuryerlik edən şəxslər saxlanılıb - FOTO

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən Fuad Məmmədov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, ondan bir ədəd “Kalaşnikov” avtomatı, daraq və 30 ədəd patron aşkarlanıb. F.Məmmədov odlu silahı bir müddət əvvəl tapdığını bildirib.
Digər əməliyyat zamanı xarici ölkə vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edilən Sabirabad rayon sakini Hacı Cəfərov saxlanılıb. Ondan 1 kiloqram 250 qram heroin və 800 qram qurudulmuş marixuana aşkar edilib. H.Cəfərovun əcnəbi narkotacirin təklifi əsasında Mingəçevir şəhərinə gələrək burada gizlədilən narkotik vasitələri pul qarşılığında Sabirabada aparmağa razılaşdığı məlum olub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident















