MN: Azərbaycan Ordusu beynəlxalq humanitar hüquqa əməl edir

"Mən bura özümlə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əyani sübutu olaraq broşür gətirmişəm. Həmin broşürlar BQXK tərəfindən tərtib olunub və Azərbaycan Ordusuna verilib".
Avtosfer.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.
"Biz həmin broşürları Azərbaycan Ordusunun bölmələrinə, xüsusən də ön xətt bölmələrinə paylamışıq. Həmin broşürlar dərs vəsaiti olaraq tədris edilir. Həmin broşürların bir üzündə döyüş zamanı yaralılara, zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi qaydaları əksini tapıb. Digər tərəfində isə döyüşçülərin davranış qaydaları göstərilib. Yəni hərbi qulluqçu döyüşdə necə davranmalıdır, kimləri hədəfə almalıdır və kimləri hədəfə almamalıdır kimi legitim məsələlər izah olunur.
Beynəlxalq hümanitar hüquqda əksini tapan prinsiplər bizim xalqımız, Ordumuz üçün yeni deyil. Bunlar bizim milli mentalitetimizdə, dinimizdə, Ordumuzda mövcuddur. Bunlar bizə çox yaxşı tanışdır və Azərbaycan qanunvericiliyində öz əksini tapıb. Azərbaycan Ordusu döyüşün qızğın vaxtında belə döyüşdə iştirak etməyənlərə qarşı necə davranmalı olduqları təlimlərdə aşılanıb", o bildirib.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












