MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı MƏHKƏMƏ

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə növbəti məhkəmə prosesi keçirilib.
Avtosfer.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Cəlal Kazımovun vəkili vəsait verərək birinci instansiyanın, yəni Bakı Hərbi Məhkəməsinin çıxardığı hökmdən narazı olduğunu bildirib. Vəkilin vəsatətinə münasibət bildirən Cəlal Kazımov deyib ki, onun işi ilə bağlı birinci instansiya düzgün qərar çıxarmayıb.
"Mən əsgərəm. Mənə nə əmr edilibsə, onu da etmişəm. Buna baxmayaraq, istintaq məni təqsirləndirilən olaraq elan edib, amma o pulu həqiqətən mənimsəyənlər - bu işin başında olan Rafael Xələfov, 4 milyon 526 min mənimsəyən N.Poladov, R.İbrahimov və S.Abbasov ittihamdan kənarda qalıb. Mən demirəm ki, eləməmişəm. Mən deyirəm ki, vəsait almamışam və heç bir sənəddə imzam yoxdur. Mən sənəti seçəndə Vətəni qorumaq üçün seçmişdim, Vətəni talamaq üçün yox".
Məhkəmə təqdim edilən vəsatəti iclas protokollarına əlavə edib.
Digər təqsirləndirilən Vüsal Əlizadə büdcə ilə bağlı ekpertiza rəyini Ədliyyə Nəzirliyinin ekspertizasına göndərilərək yenidən yoxlanılması ilə bağlı vəsatət verib. Bu vəsatət də həmçinin təmin olunmayıb.
Növbəti iclas iyunun 12-nə təyin edilib.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin vəsatəti əsasında həbs ediliblər.
Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb. Cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manat hesablanıb.
Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, Nizami Məmmədov və Bayram Bayramov hər biri 11 il 6 ay, Cəlal Kazımov 11 il, Vüsal Əlizadə isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Eyni zamanda, təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulub və əmlaklarının müsadirə edilməsi barədə qərar qəbul olunub.
Xocavənddə mina partlayışı: Yaralanan şəxsin vəziyyəti açıqlandı - YENİLƏNİB
Xocalının Şuşakəndində ilk körpə dünyaya gəlib - FOTO
Tovuzda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var - FOTO
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı NEKROLOQ
Baş nazir azad edilmiş ərazilərlə bağlı qərar imzaladı
Yeni fond yaradılacaq - Prezident təsdiqlədi
Prezident bu QANUNU TƏSDİQLƏDİ
Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR
İranın Hörmüz boğazı ilə bağlı yeni qərarı daha çox ABŞ-yə sərf edir - POLİTOLOQ - FOTO
Tovuz döyüşləri Ermənistanın əsl niyyətini ortaya qoydu - POLİTOLOQ - FOTO
İlham Əliyev Fərman İmzaladı










