MN: Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub
Xəbərlər
30 İyul 2022 12:45
Oxunub 964

İyulun 30-u səhər saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yenikənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
"Ordumuzun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub", MN-dən bildirilib.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













