“Mosbet”i reklam edən şəxs saxlanılıb: “Peşmanam…”

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat zamanı lisenziyası olmayan “Mostbet” onlayn mərc oyunlarının ölkəmizdə reklamını aparan şəxs saxlanılıb.
Qaynarinfo-nun məlumatına görə, 1993-cü ildə Qusar rayonunda anadan olmuş Cabir Əsədov (ad-soyad şərti) barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə protokol tərtib edilərək, iş məhkəməyə göndərilib.
Aparılan araşdırma zamanı məlum olub ki, təqsirləndirilən şəxs “Mostbet” qanunsuz onlayn mərc oyunları saytına aid şəkilləri öz sosial şəbəkə hesablarında paylaşıb və reklamını aparıb.
Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində “Instagram” və “Facebook” sosial şəbəkədəki profilində “Mostbet” onlayn mərc səhifəsinin reklamını apardığını etiraf ediob, əməlindən peşman olduğunu və bir daha təkrarlamayacağını bildirib.
Məhkəmənin qərarı ilə Cabir Əsədov İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 500 manat cərimə edilib.
Qeyd edək ki, Rusiyaya məxsus olan bu sayt lisenziya olmadan Azərbaycan üzrə yerli əməkdaşlarla işləyir. Ölkəmizdə çoxlu sayda insan onların dələduz əməllərinin qurbanı olub. Məşhur idmançı Nəriman Abbasov, aktrisa Pərvin Abıyeva “Mostbet”dən udduqları vəsaitləri ala bilməmələri ilə bağlı şikayətlər ediblər.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












