Moskvada aeroportlarda uçuşlara məhdudiyyət qoyulub, Bakıya təyyarə reysi gecikir

Moskvanın Vnukovo hava limanında Bakı istiqamətində uçan təyyyarə reysi gecikir.
Sərnişinlərin APA-nın Moskva müxbirinə verdiyi məlumata görə, yerli vaxtla saat 10:55-də uçmalı olan J2 808 reysi gecikir.
Sərnişinlər təyyarəyə miniyin başlanmadığını bildiriblər.
***saat 12.15
Təhlükəsizliyin təmin edilməsi məqsədilə Moskva vaxtı ilə saat 09:39-dan etibarən Vnukovo, Domodedovo və Jukovski hava limanlarında məhdudiyyətlər tətbiq edilib.
APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.
Qeyd edilib ki, mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün martın 17-si (bazar günü) Moskva vaxtı ilə saat 09:39-dan etibarən Vnukovo, Domodedovo və Jukovski hava limanlarının fəaliyyətinə məhdudiyyətlər qoyulub.
Qeyd edək ki, bundan öncə Moskva meri Sergey Sobyanin bildirib ki, bu gün Rusiya paytaxtına dron hücumu olub. Domodedovo hava limanı rayonunda hava hücumundan müdafiə qüvvələri Moskvaya doğru uçan PUA-nı vurub.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












