Moskvadakı əsas hava limanlarında tətbiq edilən məhdudiyyətlər ləğv edildi

Moskvanın əsas hava limanlarında tətbiq edilən müvəqqəti uçuş məhdudiyyətləri aradan qaldırılıb.
Avtosfer.az-ın məlumatına görə, bu barədə Rusiya Mülki Aviasiya Agentliyindən (Rosaviatsiya) xəbər verilib.
"Vnukovo, Domodedovo, Jukovski və Şeremetyevo hava limanlarında hava gəmilərinin qəbulu və buraxılışı üzərindəki məhdudiyyətlər aradan qaldırılıb", - deyə qurumdan bəyan edilib.
Qeyd edək ki, dünən gecədən etibarən Moskvadakı bütün əsas hava limanlarında uçuşların qəbulu və göndərilməsinə məhdudiyyət qoyulub. Buna səbəb Rusiya paytaxtı yaxınlığında vurulan çoxsaylı pilotsuz uçuş aparatları (PUA) olub.
Məhdudiyyətlər Şeremetyevo, Domodedovo, Jukovski və Vnukovo hava limanlarında tətbiq olunub. Bundan əlavə, Kaluqa, Vladimir, Yaroslavl, Kostroma və İvanovo şəhərlərinin aeroportlarında da uçuşlara məhdudiyyətlər qüvvəyə minib.
Moskva meri Sergey Sobyanin bildirib ki, ötən gecə paytaxt yaxınlığında ümumilikdə 27 pilotsuz uçuş aparatı vurulub.
Qeyd edək ki, mayın 27-də Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya hücumlarına cavab tədbirlərinin planlaşdırılması məqsədilə hərbi komandanlıqla müşavirə keçirib. Bu barədə o, axşam saatlarında videomüraciətində bildirib.
Zelenskinin sözlərinə görə, müşavirədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski, Baş Qərargah rəisi Andrey Qnatov və müdafiə naziri Rustem Umerov iştirak ediblər.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












