Moskvadan Gəncəyə uçan təyyarə Volqoqradda təcili eniş edib
Xəbərlər
28 Oktyabr 2023 22:00

Rusiyanın Moskva şəhərindən Gəncəyə uçan “Aeroflot” aviaşirkətinə məxsus təyyarə Volqoqrad Hava Limanına təcili enib.
Buna səbəb sərnişinlərdən birinin səhhətinin pisləşməsi olub.
Qeyd edilib ki, yerli vaxtla saat 13:55-də Moskvadan havaya qalxan təyyarə Volqoqrad Beynəlxalq Hava Limanına enib. Komandir dispetçerə 29 yaşlı sərnişinin huşunu itirdiyini bildirib.
Həkim briqadası tez bir zamanda kişini 25 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırıb. Hərtərəfli müayinədən sonra kişi ambulator müalicəyə göndərilib.
Volqoqrad Beynəlxalq Hava Limanı bildirib ki, təyyarə saat 14:00-da Volqoqrada eniş edib və bütün prosedurlar yerinə yetirildikdən sonra saat 15:37-də yenidən havaya qalxıb. (oxu.az)
Oxunub : 866
DİGƏR XƏBƏRLƏR
15 Noyabr 2026 19:20
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
15 Noyabr 2026 16:46
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
13 Noyabr 2026 20:40
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
13 Noyabr 2026 19:33
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
12 Noyabr 2026 22:22
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
12 Noyabr 2026 21:54
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
12 Noyabr 2026 19:50
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
12 Noyabr 2026 19:04
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
12 Noyabr 2026 18:22
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
12 Noyabr 2026 18:05
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
12 Noyabr 2026 14:36
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
12 Noyabr 2026 12:44
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
ŞƏRH YAZ












