Moskvadan Yerevana müəmmalı təyyarə uçuşu olub

Rusiyanın “Russia” adlı xüsusi təyinatlı uçuş dəstəsinə məxsus olan “İl-96-300” təyyarəsi Yerevana enib.
“Report” “Fightradar”a istinadən xəbər verir ki, oktyabrın 5-də yerli vaxtla saat 09:14-də Moskvadan havaya qalxan RA-96019 nömrəli təyyarə saat 12:54-də Yerevanda yerə eniş edib, artıq saat 14:28-də isə yenidən Moskvaya istiqamət götürüb. Təyyarənin Ermənistan paytaxtına hansı səbəbdən göndərilməsi, kimi daşıması barədə səhih məlumat verilmir.

Qeyd edək ki, Rusiya prezidentinin İşlər İdarəsinin tabeçiliyində olan “Russia” xüsusi uçuş dəstəsi ölkənin ali mülki və hərbi rəhbər şəxslərinin daşınması ilə məşğuldur.
Belə ki, Rusiya prezidentinin müvafiq fərmanına görə həmin dəstə RF prezidentinə, hökumət sədrinə, RF Federal Məclisi Federasiya Şurası sədrinə və Dövlət Duması sədrinə, Ali Məhkəmə sədrinə, Konstitusiya Məhkəməsi sədrinə, Baş prokurora, İstintaq Komitəsi sədrinə, Prezident Administrasiyası rəhbərinə, xarici işlər nazirinə şəxsi xidmət göstərir.

RF prezidentinin mətbuat katibi Dmitriy Peskov “Russia” xüsusi uçuş dəstəsinə məxsus təyyarənin Yerevanda yerə enməsindən xəbəri olmadığını bildirib.
Təyyarənin davam edən uçuşuna dair məlumatı buradan əldə etmək mümkündür.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












