Mozaika kompozisiyalarında restavrasiya işlərinə başlanılır

Bakının bir sıra rayonlarında xalqımızın tarixi-mədəni irsinin formalarından biri olan, şəhərimizin bəzi binalarını və parklarını bəzəyən mozaika kompozisiyaları mövcuddur. Əfsuslar olsun ki, xalq tətbiqi sənətinin geniş istifadə edildiyi bu formaya müvafiq diqqət yetirilmədiyindən XX əsrdə yaradılan mozaika kompozisiyalarında restavrasiya işləri aparılmasına ciddi ehtiyac yaranıb.
Avtosfer.az xəbər verir ki, bununla əlaqədar mövcud mozaika kompozisiyalarının bərpası ilə bağlı Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tərəfindən təşəbbüs irəli sürülüb və təşəbbüsündən irəli gələn məsələlər Bakı şəhər İcra Hakimiyyətində keçirilən görüşdə müzakirə edilib.
Müzakirələrdən sonra məsələ ilə bağlı müvafiq komissiya yaradılıb, ilkin tədbirlər planı müəyyənləşdirilib. Rayon icra hakimiyyəti başçılarına rəhbərlik etdikləri rayonların ərazilərində inventarizasiya aparılması, mövcud mozaika kompozisiyalarının bərpa edilərək onlara nəzarətin artırılması ilə bağlı göstəriş verilib.
Artıq bəzi ərazilərdə restavrasiya işlərinə başlanılıb. Müşavirədə mövcud mozaika kompozisiyalarının daxil edildiyi albomun nəşr olunması qərara alınıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












