Müasir “neftxuda”lar: Dondurulmuş quyulardan yanacaq çəkdilər – FOTO - VİDEO

Tərtər rayonunun Seydimli kəndi ərazisində uzun müddət konservə edilmiş neft quyularından qeyri-qanuni yolla, kustar üsulla neft əldə edilərək kanistrlərə yığılması və satışı məqsədilə minik avtomobilinin yük hissəsində daşınmasını həyata keçirən şəxslər müəyyən ediliblər.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qanunsuz fəaliyyətlə məşğul olan işbazlar tərəfindən 20-yə yaxın quyudan kustar üsulla, yanğın təhlükəsizliyi qaydalarının tələblərinə zidd olaraq neftin əldə edilməsi, yaşayış yerinin həyətyanı sahəsində yığılması və daşınması yanğın təhlükəsini yaratmaqla, baş verə biləcək yanğının qısa zamanda geniş əraziyə yayılmasına, eləcə də təbiətə, insan həyatı və sağlamlığına təhlükə riskinə səbəb olur.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydaları”nın müvafiq maddələrinin tələblərinə zidd olaraq xam neftin qanunsuz yığımını, saxlanmasını və daşınmasını təşkil etmiş Hüseynov Nazim Şirin oğlu və Hümbətəliyev Eyvaz Cəbrayıl oğlu barəsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətində fakt rəsmiləşdirilib və qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə müraciət edilib.
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO












