Mübahisəli ərazidə körpü tikilir

Venesuela hakimiyyəti Qayana ilə mübahisəli ərazi hesab olunan Essequibo bölgəsindəki Cuyuni çayı üzərində körpü tikintisinə başlayıb.
"Report" xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.
Venesuela ordusunun strateji əməliyyat komandanlığının rəhbəri Dominqo Hernandez Lares bildirib ki, infrastruktur obyektinin tikintisi Qayana ilə münasibətlərin nizamlanmasına kömək edəcək. Körpü məktəblərin, universitetlərin, səhiyyə ocaqlarının, magistral yolların, ticarət obyektlərinin tikintisi üçün avadanlıqların daşınması məqsədilə istifadə olunacaq.
Venesuela hökuməti Qayana ilə sərhəddə digər zəruri infrastruktur obyektlərinin tikintisini planlaşdırır.
Qeyd edək ki, Venesuela və Qayana arasında yüz ildən artıqdır ki, Essequibo üzərində ərazi mübahisəsi var. Venesuela həmişə onu özününkü hesab edib. Bu bölgə müasir Venesuelanın digər əraziləri kimi əvvəllər İspaniyanın müstəmləkəsi olub.
Rəsmi Karakas hesab edir ki, hazırda mübahisəni həll etməyin yeganə yolu Qayanaya müstəqillik verilməzdən əvvəl Böyük Britaniya ilə bağlanmış 1966-cı il Cenevrə sazişləridir.
Essequibo böhranı 2015-ci ildə Qayananın ərazi sularında neft və qaz yataqlarının aşkarlanmasından sonra kəskinləşib. Venesuela bu ərazi sularına da iddia edir. 2023-cü ilin sentyabrında Qayana altı xarici neft şirkətinə, o cümlədən "ExxonMobil"ə bu sularda qazma işləri aparmaq üçün icazə verib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












