Müdafiə Nazirliyinin nümayəndələri Mübariz İbrahimovun məzarını ziyarət edib - FOTO

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun torpaqlarımızın müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksəlməsinin ildönümündə Müdafiə Nazirliyinin nümayəndə heyəti igidimizin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüblər.
Bu barədə Avtosfer.az-a nazirlikdən məlumat verilib.
Anma mərasimində Azərbaycanın tarixən öz qəhrəmanları ilə seçildiyini deyən polkovnik Aydın Əyyubov Mübariz İbrahimovun da qanında-canında qəhrəmanlıq və mübarizlik hissinin yüksək olduğunu və bunun da Vətən müharibəsində 44 gün ərzində bir daha sübut olunduğunu xüsusi vurğulayıb. Zabit Milli Qəhrəmanın şərəfli həyat yolundan, onun göstərdiyi şücaət və qəhrəmanlıqdan danışıb.
Qeyd olunub ki, qəhrəmanımız qısa ömür yaşasa da canını Vətən yolunda fəda etməsi ilə gənclərə örnək olacaq şanlı bir yol və ad-san qoyub gedib. Digər çıxış edənlər də şücaəti ilə ömrünün gənclik çağında tarixə və gənc nəslin qəlbinə adını yazan qəhrəmanın ölməzlik qazandığı, ölçüyəgəlməz Vətən sevgisinin onu şəhidlik zirvəsinə ucaltdığını vurğulayıblar. Xüsusi qeyd olunub ki, igidimizin göstərdiyi rəşadət dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib.
Mərasimdə Vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş bütün şəhidlərin xatirələri sükutla yad edilib, məzarları üzərinə tər güllər düzülüb.



Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO












