Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ! - VİDEO

Milli Müdafiə Universitetinin tabeliyindəki hərbi təhsil müəssisələrində müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olmaq üçün müraciət edən bir qrup vətəndaşla görüş keçirilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Namizədlərə "Çavuş hazırlığı kursu"nun mahiyyəti, təhsil prosesi və hərbi təhsil müəssisələrinin imkanları barədə ətraflı məlumat verilib.
Görüşdə namizədlərə, həmçinin xidmət müddətində mövcud olan imtiyazlar, karyerada inkişaf və gələcəkdə təhsil almaq üçün yaradılan imkanlarla bağlı geniş məlumatlar çatdırılıb, onları maraqlandıran suallar cavablandırılıb.
Əlavə olaraq bildirilib ki, vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq Sumqayıt, Mingəçevir, Şirvan, Gəncə, Goranboy, Lənkəran, Masallı, Kürdəmir, Beyləqan, Bərdə, Ağcabədi, və Quba şəhərlərində yerləşən Dövlət Məşğulluq Agentliyinin məşğulluq filiallarında və xidmət şöbələrində, Bakı şəhərində isə Heydər Əliyev adına Hərbi İnstitutda fəaliyyət göstərən mərkəzdə sənədlərin qəbul müddəti mayın 30-dək uzadılıb.

Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
















